Xaçmaz rayonunun girişində qoyulmaqla böyük müzakirələrə yol açmış "Telefonçu qız" abidəsi ərazidən götürülüb.

3-04-2017, 09:09           

Xaçmaz rayonunun girişində qoyulmaqla böyük müzakirələrə yol açmış "Telefonçu qız" abidəsi ərazidən götürülüb.

Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanovun İstipress-ə verdiyi məlumata görə, yerindən götürülən heykəl Xaçmazda parklardan birinin ərazisində qoyulacaq. Lakin o , abidənin hansı zərurətdən götürüldüyünü açıqlamayıb.

Qeyd edək ki,son günlər sosial şəbəkələrdə müzakirə olunan mövzulardan biri Xaçmaz rayonun girişində inşa olunmuş bu abidə idi. Abidə ayağını ayağının üstündən aşırıb telefonla danışan müasir qıza həsr edilib. Sosial şəbəkədə bu abidə ilə bağlı rayon rəhbərliyini, abidənin ideya müəllifləri kəskin tənqid olunub. Bəziləri müasirliyi telefonla danışan xanımlarla asossasiya edilməyin xüsusi məqsəd daşıdığını, bəziləri isə dövlət büdcəsindən pul qoparmaq məqsədi daşıdığını yazırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru