Fitch: Neft ixrac edən ölkələr aşağı qiymətlərin təzyiqini hələ də hiss edir
6-04-2017, 11:05

Beynəlxalq kredit reytinqi agentliyi “Fitch Ratings”, bəzi önəmli neft ixracatçısı ölkələrin hələ də aşağı xam neft qiymətlərinin təzyiqini hiss etdiyini bildirib.
“Fitch Ratings”dən verilən açıqlamada, neft qiymətlərinin geriləməyə başladığı 2014-cü ilin İyun ayından bu yana təxminən 3 il keçməsinə baxmayaraq önəmli neft ixracatçısı bəzi ölkələrin hələ də aşağı qiymətlər səbəbindən maliyyə cəhətdən əziyyət çəkdiyi bildirilib.
Açıqlamada, inkişaf etməkdə olan Avropa, Yaxın Şərq və Afrika regionlarındakı 14 ixracatçı ölkənin 11-də neft istehsalı xərclərinin xam neft qiymətlərinin üzərində olduğu vurğulanıb.
Sözügedən ölkələrin çoxunda qənaət, subsidiya islahatları,neft hasilat səviyyəsini yüksəltmək kimi yollarla istehsal xərclərinin keçən il azaldıldığı, ancaq bu tədbirlərin gec həyata keçirildiyi qeyd edilib.
Açıqlamada, Nigeriya, Anqola və Qabonda artan dövlət xərcləri səbəbindən bu ölkələrdə 2017-ci ildə büdcə tarazlığının 2015-ci illə müqayisədə daha yüksək bir səviyyədə olmasının ehtimal edildiyi bildirilib.
Digər tərəfdən, aşağı neft qiymətlərinə qarşı Rusiyanın müdaxiləsinin vaxtında olduğuna işarə edilərək, bunun ölkənin reytinqinə müsbət əks olunduğu və 2016-cı ilin Oktyabr ayında ölkənin kredit reytinqinin proqnozunun “neqativ”dən “sabit”ə qaldırıldığı xatırladılıb.
Fitch Ratings, xam neft qiymətlərinin bu il orta hesabla 52,5 dollar olacağını nəzərdə tutur.\marja.az\