ABŞ səfirliyinin hərbi attaşesiRusiya Müdafiə Nazirliyinə çağırılıb
8-04-2017, 09:49
ABŞ səfirliyinin hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
“Bu axşam ABŞ-ın hərbi attaşesi Rusiya Müdafiə nazirliyinə çağırılıb. ABŞ tərəfinə bildirilib ki, Rusiya aprelin 8-dən etibarən iki ölkə arasında Anlaşma Memorandumu çərçivəsində öhdəliklərini dayandırır”, – deyə İ.Konaşenkov qeyd edib.
Rusiya Müdafiə Nazirliyi həmçinin Pentaqonu Suriyada hava insidentlərinin qarşısının alınmasına dair qaynar xətt kanallarının işinin dayandırılması barədə məlumatlandırıb.