"Məhsul" stadionunun direktoru Hacıbala Abutalıbovdan və müxalifətin zir-zibilindən şikayətləndi

8-04-2017, 10:26           
"Məhsul" stadionunun direktoru Hacıbala Abutalıbovdan və müxalifətin zir-zibilindən şikayətləndi
Aprelin 8-i Milli Şura “Məhsul” stadionunda mitinq keçirəcək. Maraqlıdır ki, neçə illərdir müxalifətin mitinqi adıçəkilən stadionda baş tutur. Mitinqlərin hər dəfə eyni yerdə keçirilməsi stadion rəhbərliyini narahat etmir ki?

“Məhsul” stadionunun direktoru Alik Həsənov Modern.az-a açıqlamasında müxalifətin keçirdiyi mitinqlərdən danışarkən deyib ki, sadəcə ərazi onlarındır.

“Müxalifətin “Məhsul” stadionunda mitinq keçirməsinin bizə heç bir aidiyyatı yoxdur. Biz yalnız əraziyə cavabdehik. Sadəcə olaraq, Bakı Şəhər icra Hakimiyyətinə müraciət edirlər. Qarşı tərəf də Milli Şuranın həmin ərazidə mitinq keçirməsi ilə bağlı qərar qəbul edir. “Məhsul” stadionunun rəhbərliyi olaraq mitinqin təxirə salınması, keçirilməməsi kimi hallara aidiyyatımız yoxdur”.

Stadion rəhbərinin sözlərinə görə, mitinqdən sonra onlara ərazini təmizləmək qalır:
“Müxalifətin “Məhsul” stadionunda mitinq keçirməsinə görə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bizə heç bir ödəniş həyata keçirilmir. Əksinə, mitinqdən sonra bizə qalan mitinq iştirakçılarının ərazini bərbad vəziyyətə qoymasıdır. Mitinq başa çatandan sonra əməkdaşlarımız tərəfindən təmizlik işləri aparılır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.