ABŞ prezidenti Donald Tramp Suriya rejiminə dəstək verdiyi üçün Rusiya və İrana qarşı yeni sanksiyalar tətbiq etmək barədə düşünür.
Bunu CNN telekanalına müsahibəsində ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Nikki Heyli bildirib. N. Heyli deyib ki, ABŞ administrasiyası Rusiya və İrana qarşı daha sərt yeni sanksiyalar tətbiq etmək barədə müzakirələrə başlayıb. /APA