Rauf Arifoğludan Ümid Partiyasına keçməsi ilə bağlı xəbərə AYDINLIQ
30-06-2015, 13:07
“Azadlıq" qəzetinin haqqımda yazdıqları yalandır”.
Bu fikri Hafta.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib. O, “Azadlıq" qəzetinin onun Ümid Partiyasına keçmək istəyi ilə bağlı yazdığı məqaləyə aşağıdakı münasibəti bildirib:
“Azadlıq" qəzetinin bu məlumatı da bütün yazdıqları kimi yalandır”.
Qeyd edək ki, yuxarıda adını qeyd etdiyimiz qəzet “Rauf Arifoğlu Müsavatı Ümidə dəyişir” başlıqlı məqaləsində yazıb:
“Rauf Arifoğlu mətbuata açıqlamasında Müsavat Partiyasından istefa verməyə hazırlaşdığını bildirib. Rauf Arifoğlunun qəfildən belə bir açıqlama verməsi təsadüfi deyil. Baş redaktor Müsavatdan istefa verəcəyini jurnalistika fəaliyyəti ilə izah etsə də, əslində başqa planı var. Bu plan verdiyi açıqlamadan çox əvvəl hazırlanıb. Məlumatda deyilir ki, Rauf Arifoğlu Müsavat Partiyasının Milli Məclisin deputatı İqbal Ağazədənin sədrlik etdiyi Ümid Partiyasına dəyişir. Baş redaktorun Ümid Partiyasında hansı statusda təmsil olunacağı hələlik bəlli deyil”.