Duterteni daşıyan təyyarə Niderlanda eniş edib

13-03-2025, 07:14           
Duterteni daşıyan təyyarə Niderlanda eniş edib
Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarına çıxarılan Filippinin keçmiş prezidenti Rodriqo Duterteni aparan təyyarə Niderlanda eniş edib.

Bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

“Bəli, biz təyyarənin eniş etdiyini təsdiqləyə bilərik”, – məlumatda bildirilib.

“NOS TV”nin məlumatına görə, Duterte istintaq təcridxanasına salınmalı olan Haaqadakı həbsxana kompleksinə aparılacaq.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi onu insanlıq əleyhinə cinayətlərdə ittiham edərək həbsinə order vermişdi.

Hüquq müdafiəçilərinin iddiasına əsasən, Duterte tərəfindən narkotik ticarətinə qarşı elan edilən mübarizə çərçivəsində on minlərlə filippinli edam edilib.

Xatırladaq ki, Duterte 2016-2022-ci illərdə Filippinin dövlət başçısı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru