Quba RMX xanım şöbə müdiri maşınla müəllimə Şəlalə Ağayevanı VURDU - yaralı təcili xəstəxanaya yerləşdirildi

13-03-2025, 08:44           
Quba RMX xanım şöbə müdiri maşınla müəllimə Şəlalə Ağayevanı VURDU -
Qubada piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

TEREF-in “Qafqazinfo”ya istinadla məlumatına görə, Quba Rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinin müdiri Röya Sultanova idarə etdiyi “KİA” markalı minik avtomobili ilə şəhərin Ə.Nərimanov küçəsində yolu keçmək istəyən 1974-cü il təvəllüdlü piyada Şəlalə Ağayevanı vurub.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Ş.Ağayeva Quba şəhərindəki məktəblərin birində fizika müəllimi işləyir.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru