İstanbulda çökən binanın altından tarixi məzar daşı tapıldı - FOTO

13-03-2025, 09:38           
İstanbulda çökən binanın altından tarixi məzar daşı tapıldı - FOTO
Türkiyənin İstanbul şəhərində çökən binanın altından tarixi məzar daşı tapılıb.
“TRT Haber” xəbər verir ki, hadisə Fatih səmtində olub.

Belə ki, 4 mərtəbəli binanın arxa hissəsindəki bağçanın divarı naməlum səbəbdən uçub. Bina sakinləri səs-küydən sonra qorxu içində evlərini tərk edərək vəziyyəti bələdiyyə qruplarına çatdırıblar.

Hadisə yerinə gələn bələdiyyə qrupları 1232-ci ilə aid olduğu güman edilən məzar daşını qismən çökmüş divarın dağıntıları arasında tapıb.

Ətraflı araşdırma üçün məzar daşı olduğu yerdən götürülüb./“Qafqazinfo”













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru