Londona uçan təyyarə təcili eniş etməli oldu

13-03-2025, 09:34           
Londona uçan təyyarə təcili eniş etməli oldu
Lissabondan Londona uçan "Tap Air Portugal" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin salonu tüstü ilə dolub.

Bu barədə “Mirror” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, təyyarənin göyərtəsində 194 sərnişin və ekipaj üzvləri olub.

Uçuşdan az sonra salonda tüstülənmə müşahidə edilib. Pilotlar həyəcan təbili çalaraq Porto hava limanına enmək qərarına gəliblər. Havaya qalxdıqdan 1 saat 15 dəqiqə sonra təyyarə hava limanına təhlükəsiz eniş edib.

Hadisə nəticəsində 9 nəfər xəstəxanaya çatdırılıb, daha iki sərnişinə isə yerindəcə tibbi yardım göstərilib. Sərnişinlər ürəkbulanma və baş ağrılarından şikayət ediblər./teleqraf












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru