Gürcüstan qaza olan tələbatını tamamilə Azərbaycanın hesabına ödəyəcək

11-04-2017, 21:57           
Gürcüstan qaza olan tələbatını tamamilə Azərbaycanın hesabına ödəyəcək
Gürcüstan "Qazprom"dan qaz alışını dayandıracaq. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, ilin sonunadək heç bir Rusiya şirkəti ilə qaz alqı-satqısına dair yeni müqavilə imzalanmaycaq.

Nazirliyin təqdim etdiyi rəqəmlərə əsasən, Gürcüstan cari ilin birinci rübündə Rusiyadan 100 mln. kubmetr qaz alıb ki, bunun da 70 mln. kubmetri fevral ayının payına düşür.

Aprel ayından etibarən Gürcüstan öz əhalisinin və müəssisələrinin qaza olan tələbatını tamamilə Azərbaycanın hesabına ödəyəcək. Burada təchizatçı qismində SOCAR və "Şahdəniz" konsorsiumu çıxış edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.