Qarabağda toy edəcək lüksemburqlu deputat erməni qızı alır - FOTO

13-04-2017, 13:06           
Qarabağda toy edəcək lüksemburqlu deputat erməni qızı alır - FOTO
Ötən gün Avropa parlamentinin Lüksemburqdan olan deputatı Frank Enqelin Dağlıq Qarabağda toy edəcəyi ilə bağlı xəbər yayılmışdı.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ermənipərəst deputatın ailə quracağı xanımla bağlı təfərrüatlar da üzə çıxıb.

Belə ki, Frank Engel Brüsseldə yaşayan Ermənistan vətəndaşı Tatev Manukyanla ailə həyatı quracaq. Manukyanın Ermənistan İqtisad Universitetini bitirdiyi, sonra İsveçin Dalarns universitetində təhsilini davam etdirdiyi və hazırda Brüsseldə yaşadığı xəbər verilir.

Toyun yay ayında baş tutacağı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru