Azərbaycanda filtrsiz siqaretin istehsalının qadağan olunması təklif edilir

14-04-2017, 21:44           
Azərbaycanda filtrsiz siqaretin istehsalının qadağan olunması təklif edilir
Milli Məclisin deputat Rüfət Quliyev Azərbaycanda filtrsiz siqaretin istehsalının qadağan olunmasını təklif edib.
“Report”un xəbərinə görə, R.Quliyev bu təkliflə parlamentin bu gün keçirilən plenar iclasında yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.
O bildirib ki, belə siqaretlərin ziyanı çoxdur: “Belə siqaretlər filtrli siqaretlərdən 3-4 dəfə ziyandır”.
Deputat tütünlə mübarizə ilə bağlı siqaretin qiymətinin artırılmasını da təklif edib.
teref.az olaraq qeyd etmək istəyirik ki, Rüfət Quliyev Azərbaycanda siqaretin əksər hissəsini istehsal edən "European Tobacco-Baku" ASC-nin Müşahidə Şurasının sədridir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru