“Araz Əlizadə xalqımızın döyünən ürəyidir...”

17-04-2017, 21:47           
“Araz Əlizadə xalqımızın döyünən ürəyidir...”
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadənin “Feysbukda olanların hamısı avara adamlardı” fikri sosial şəbəkələrdə geniş müzakirə mövzusunu çevrilib

Moderator.az mövzunun aktuallığını nəzərə alaraq Araz Əlizadənin fikirləri ilə bağlı yazıçı, aktiv Facebook istifadəçisi Cəlil Cavanşirin fikrini öyrənib.

Cəlil Cavanşir bildirib ki, Araz Əlizadə avaranın, bivecin öndə gedənidir:

“Araz Əlizadə bizim böyük ziyalımız, uzaqgörən siyasətçimiz, xalqımızın döyünən ürəyidir. Əgər o hesab edirsə ki, Facebookda olanlar avaralardır, demək haqlıdır, nə isə bilir. Mən inanmıram ki, Araz Əlizadə kimi böyük siyasətçi, fədakar ziyalı mənasız söhbətlər etsin. Qətiyyən onun sarsaq-sarsaq danışacağına, ağzına gələni ehkam kimi səsləndirəcəyinə inanmıram. Yenə deyirəm, o nəsə deyirsə, demək bilib deyir. Əgər kimsə onun fikirləri ilə razılaşmırsa, özü bilər. Mən şəxsən millət vəkilinin gerizəkalı, düşük söhbət etməyəcəyinə inandığım üçün müəllimlə razılaşıram. İndi kimsə ürəyində fikirləşə bilər ki, avara, bivec elə Araz Əlizadədir. Mən əsla belə düşünmürəm. Çünki Araz müəllim avara deyil, avaranın, bivecin öndə gedənidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.