Seçki kampaniyası üçün yığılan pullar Trampın otel, restoran və klublarına xərclənir

18-04-2017, 13:40           
Seçki kampaniyası üçün yığılan pullar Trampın otel, restoran və klublarına xərclənir
Donald Trampın prezident seçilməsi anından bu yana ABŞ-ın Respublikaçılar partiyasının üzvləri 2020-ci ildə keçiriləcək seçki kampaniyası üçün 42 milyon dollar toplayıblar.

Avropa.info xəbər verir ki, “The Wall Street Journal” qəzetinin yazdığına görə, son üç ayda ianə fondundan artıq 6 milyon dollar pul xərclənib. Bu pullardan 500 min dollar Trampın restoran, otel və qolf-klublarına gedib.

ABŞ Federal Seçki Komissiyasının hesabatına əsasən 59 min dollar Trampın Florida ştatında yerləşən “International Golf Club” qolf klubuna, 14 min dollar Las-Veqasda yerləşən “Trump International Hotel”ə, 274 min dollar isə “Trump Tower”ə xərclənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru