Bakıda Çin səfirliyi önündə aksiya - Saxlanılanlar var (FOTOLAR)

1-07-2015, 18:51           

Bakıda gənclər aksiya keçirib.

Aksiya "Milliyətçi Gənclər Təşkilatı"nın təşəbbüsü ilə Çin səfirliyi önündə baş tutub. Mitinq adıçəkilən ölkədə türklərə qarşı edilən zülmə görə keçirildiyi bildirilib. Xüsusilə mübarək Ramazan ayında oruc tutanlara verilən amansız işgəncələr aksiyanın baş tutmasına səbəb olub.

Təşkilatın üzvü Orxan İsmayılovun AzadXeber.az-a verdiyi məlumata görə, polis aksiyanı dağıdıb və 3 nəfər - Aqil Musazadə, Ülvi Məmmədov, Müşviq Vəliyevi saxlayaraq bölmə istiqamətində aparıb. Polis əməkdaşları tərəfindən xəbərdarlıq alan gənclər sərbəst buraxılıb.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.