Azərbaycanın kapital bazarında ötən il rekord sayda emissiya prospekti təsdiq edilib

13-03-2025, 15:44           
Azərbaycanın kapital bazarında ötən il rekord sayda emissiya prospekti təsdiq edilib
Ötən il Azərbaycan Mərkəzi Bankı (AMB) kapital bazarında rekord göstəriciyə imza ataraq 65 emissiya prospektini təsdiq edib.

İndex.az xəbər verir ki, bunu AMB-nin Qiymətli kağızların qeydiyyatı şöbəsinin müdiri Asəf Məmmədov “12-ci Beynəlxalq Caspian Investment Forum”da bildirib.

Onun sözlərinə görə, AMB hər zaman emissiya prosesində emitentlərə dəstək verməyə çalışıb: “Bəzi hallarda Mərkəzi Bank özü təşəbbüs göstərərək emitent və ya anderrayterlərlə əlaqə saxlayıb, tövsiyələr verib. Əsas məqsəd emissiya prospektlərinin qanunvericiliyə uyğun tərtib olunmasını təmin etməkdir”.

A. Məmmədov əlavə edib ki, AMB bu sahədə fəaliyyətini genişləndirmək niyyətindədir və bu il nöqsanların minimallaşdırılması üçün iki əsas hədəf müəyyən edilib:
“Ən çox rast gəlinən nöqsanlarla bağlı investisiya şirkətləri və emitentlərin iştirakı ilə seminarların keçirilməsi planlaşdırılır. Bu istiqamətdə işlərə artıq başlanılıb və təqdimatın yaxın aylarda təşkili nəzərdə tutulur. Bununla yanaşı, metodoloji dəstəyin artırılması planlaşdırılır. Emissiya prospektlərinin tərtibatı ilə bağlı xüsusi təlimat hazırlanacaq, bu da bazar iştirakçılarına prosedurların düzgün icrasında kömək edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru