İqtisadiyyatımız cüzi böyüyüb

13-03-2025, 12:44           
İqtisadiyyatımız cüzi böyüyüb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 19 milyard 72,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 % azalıb, qeyri neft-qaz sektorunda isə 1,7 % artıb.

ÜDM istehsalının 38,5 %-i sənaye, 10,1 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 %-i nəqliyyat və anbar təsərrüfatı, 4,6 %-i tikinti, 2,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 %-i informasiya və rabitə sahələrinin, 22 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 %-ni təşkil edib.

2 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 1 865 manat olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru