Xırdalanda səkini gecə ilə parkingə çevirdilər – Video

13-03-2025, 12:32           
Xırdalanda səkini gecə ilə parkingə çevirdilər – Video
Bir neçə gün əvvəl Xırdalanda Heydər Əliyev prospektində piyada səkisinin asfaltlanaraq avtomobillər üçün parking yerinə çevrilməsi haqda yazmışdıq.

Tribunainfo.az xəbər verir ki, sakinlər səkinin gecə vaxtı gizlin formada asfaltlandığını sübut edən video təqdim ediblər. Sakinlər bildirib ki, bu kimi işlər sakinlərin narazılığına səbəb olduğu üçün gecə ilə aparılır ki, heç kəs xəbər tutmasın. Sakinlərdən biri səkinin zəbt edilməsini lentə ala bilib.
Onların fikrincə, bu işlər heç də Abşeron rayon İcra Hakimiyyətinin xəbəri olmadan aparılmır:

“Çünki icra hakimiyyətinin xəbəri olmadan bir iş görmək mümkün deyil. Biz səkinin bir qarışını gecə ilə zəbt etsək bütün icra tökülüb gələr. Bu işlərə də icra hakimiyyəti icazə verməsə ərazidə traktor, yük maşını və bu qədər işçi işləyə bilməz. Bütün bu işlər Abdin Fərzəliyevin icazəsi ilə edilir və ona görə də bu gün Xərdalanda piyadaların hərəkəti üçün səki qalmayıb”.

Sakinlər aidiyyəti dövlət qurumlarının bu problemə laqeyd qalmamalarını tələb edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru