Google batareyanın yanma riski ilə əlaqədar smartfonları geri çağırır

Bu gün, 12:24           
Google batareyanın yanma riski ilə əlaqədar smartfonları geri çağırır
"Google" şirkəti 2020-ci ildə satışa çıxardığı "Pixel 4a" smartfonlarını geri çağırmağa başlayıb. Buna səbəb 2025-ci ilin yanvar ayında yayımlanan son proqram yeniləməsinin gözlənilməz və təhlükəli nəticələrə yol açmasıdır
İqtisadiyyat.az "GizmoChina" nəşrinə istinadən xəbər verir ki, "Google" istifadəçilərə son yeniləməni quraşdırmamağı və smartfonlarını yoxlamaq üçün servis mərkəzlərinə müraciət etməyi tövsiyə edib.

Problem “Pixel 4a Batareya Performansının Artırılması Proqramı” adlı yeniləmədən sonra ortaya çıxıb. Bu yeniləmə batareyanın stabil işləməsi üçün nəzərdə tutulsa da, əks effekt verərək cihazların enerji saxlamasında ciddi problemlərə səbəb olub.

İstifadəçilər batareyanın əvvəlkindən daha sürətlə boşaldığını bildiriblər. Bəzi hallarda smartfonlar bir neçə dəqiqə ərzində tamamilə sönüb. Şirkət problemi etiraf edərək rəsmi dəstək səhifəsində xəbərdarlıq edib və yeniləmənin “batareyanın ömrünü qısalda və şarj sürətini azalda biləcəyini” açıqlayıb.

Hesabatlara görə, yeniləmədən sonra batareyanın maksimal gərginliyi 4,45V-dan 3,95V-a qədər azalıb ki, bu da batareya tutumunun 56% aşağı düşməsinə səbəb olub.

Avstraliya Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Komissiyası (ACCC) bu məsələyə reaksiya verərək, istifadəçiləri cihazlarını həddindən artıq qızma əlamətləri üçün yoxlamağa çağırıb. Komissiya batareyanın qızmasının yanğına səbəb ola biləcəyini və təhlükə yaratdığını bildirib.

"Google" hazırda batareya performansında ciddi azalma müşahidə olunan "Pixel 4a" modelləri üçün pulsuz batareya dəyişimi təklif edir. Lakin şirkət geri çağırmanın miqyası və dəyişdirmə proseduru barədə ətraflı məlumat verməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.