Ekspertlərimiz buna görə şoka düşdü - Amerikalı nazir

23-04-2017, 09:16           

Başda “Vikiliks” saytının qurucusu Culian Assanc olmaqla, dövlət sirlərini yayan şəxslərin tutulması bizim üçün prioritet məsələdir.

Axar.az xəbər verir ki, bunu ABŞ Ədliyyə naziri Cef Sessons jurnalistlərə açıqlamasında deyib.

“Bütün sızıntı nöqtələrinə qarşı səylərimizi gücləndiririk və gücləndirəcəyik. Etibarlı ekspertlər dövlət sirlərinin yayılması həcmi qarşısında şoka düşüblər. Bundan sonra belə hallarda insanları həbsə atmağı düşünəcəyik”, - nazir bildirib.

Xatırladaq ki, Assanc 2010-cu ildə ABŞ-ın dövlət idarələrinə aid 250 mindən çox sənədi ictimaiyyətə açıqlayaraq bütün dünyanın diqqətini öz üzərinə çəkmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru