AŞPA-da qalmaqal – Aqramunt istefaya göndərilir

24-04-2017, 15:53           

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının iclasında qurumun sədri Pedro Aqramunta etimad məsələsi gündəmə gətirilib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Aqramunt çıxış edərkən assambleya üzvlərinin əksəriyyəti zalda onun istefasını tələb ediblər.

Deputatlar Pedro Aqramuntun Suriyaya səfəri və orada Bəşər Əsədlə görüşməsini sərt şəkildə pisləyib, buna etirazları bildiriblər.

Aqramunt Suriyaya səfərinin yanlış addım olduğunu etiraf edib: "İcazə verin, bəyan edim ki, bu səfər yanlış idi və mən nəticələri nəzərə alaraq bunu etiraf edirəm", - deyə o vurğulayıb.

Lakin deputatlar bu çıxışdan sonra da sakitləşməyiblər. Nəticədə çıxışını yarımçıq dayandıran AŞPA sədri iclas zalını tərk edib.

İclas AŞPA-nın vitse-prezidenti, Avropa Xalq Partiyası qrupunun sədri Gale Rogerin sədrliyi ilə davam edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru