Novak: "Səudiyyənin energetika nazirinin Rusiyadan sonra Azərbaycana səfər edəcəyi barədə məlumatlı deyiləm"

25-04-2017, 08:47           
Novak: "Səudiyyənin energetika nazirinin Rusiyadan sonra Azərbaycana səfər edəcəyi barədə məlumatlı deyiləm"
Rusiyanın energetika naziri Aleksandr Novak Səudiyyə Ərəbistanından olan həmkarı Xalid ibn Əbdül Əziz əl-Falehin Sankt-Peterburqdan sonra Azərbaycana səfər etmək planları barədə məlumatlı olmadığını bildirib.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu A.Novak jurnalistlərin suallarını cavablandırarkən deyib.
Xalid ibn Əbdül Əziz əl-Faleh Peterburqda keçiriləcək beynəlxalq iqtisadi forumda iştirak edəcək. Onun aprelin sonunda və ya mayda Azərbaycana səfər edəcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru