“Əbülfəz Elçibəy yaxşı insan idi” – Siyavuş Novruzov

25-04-2017, 12:40           
“Əbülfəz Elçibəy yaxşı insan idi” – Siyavuş Novruzov
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov Modern.az saytına müsahibə verib.

O, Əbülfəz Elçibəylə bağlı suala cavab verərkən bildirib ki, eks-prezidentin siyasi təcrübəsi olmayıb:

“Elçibəy indi də müzakirə olunur. Əbülfəz Elçibəy yaxşı insan idi. Alim kimi yaxşı alim olub. Vətənini, xalqını sevən bir insan olub. Amma idarəçilik sistemində olmadığına görə, siyasi təcrübəsi yox idi. Bu da başadüşüləndir.

Akademiya institutundan çıxıb ölkə idarə etmək çox çətindir. Keçmiş post-sovet məkanında da bu cür insanlardan kim rəhbərliyə gəldisə, qısa müddətdən sonra hakimiyyətdən getdi. Çünki idarəçilik sistemi tamam başqa bir şeydir.

Əbülfəz Elçibəy bəlkə də prezident kimi fəaliyyət göstərə bilərdi – təcrübəli kadrları ətrafına yığsaydı. O zaman isə bütün strukturlar təcrübəsiz insanların əlində idi. Bu, Azərbaycanı 10 illərlə geri atdı. Rayonda heç bir təhsili olmayan insanı gətirib icra başçısı təyin edirdilər. Nə var ki, o hamıdan qabaq AXC-yə yazılmışdı. Ya da meydanda daha çox qışqırmışdı. Bunlar isə ölçü meyarı deyil.

O zaman Prezident Administrasiyasına, Nazirlə Kabinetinə nəzər salsaq, təhlil aparsaq, görərik ki, bir neçə köhnədən işləyən insanları çıxmaq şərti ilə, yeni gələnlər heç oranın qapısının necə açılıb-örtülməsini öyrənə bilmirdilər.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.