"Bu xanım Rusiya XİN-nin əməkdaşı olduğunu “unudub”" - CAVAB

26-04-2017, 21:15           
"Bu xanım Rusiya XİN-nin əməkdaşı olduğunu “unudub”" - CAVAB
“Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov facebook səhifsində sabah Moskvada Azərbaycan-Ermənistan XİN rəhbərləri arasında keçiriləcək görüşlə bağlı maraqlı fikirlər səsləndirib. Moderator.az həmin fikirləri olduğu kimi oxuculara təqdim edir:
“Əziz dostlar! Hörmətli həmkarlar!
Sabah Moskvada Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarovla Ermənistan xarici siyasət idarəsinin başçısı Edvard Nalbandyan arasında Rusiya XİN-in hiyləgər, qatı ermənipərəst rəhbəri Sergey Lavrovun, Kalantarovun təşkilatçılığı ilə növbəti Qarabağ görüşü, müzakirələri keçiriləcək. Əvvəlcədən deyim ki, mən çox təəssüf edirəm ki, Azərbaycan tərəfi bu görüşə razılıq verib. Mənim bir Azərbaycan vətəndaşı olaraq mövqeyim belə mənasız və əhəmiyyətsiz görüşlərdən maksimum uzaq durmaq və müəyyən şərtlərimizi irəli sürməklə bu cür "növbətçi görüşlərdə" iştiraka razılıq verməkdən ibarətdir. Artıq görüşə razılıq verilib və sabah Elmar Məmmədyarovla bu erməni cütlük arasında görüş başa çatandan sonra biz yenə xeyli "ümidverici, əslində yalanlarla zəngin" açıqlamaların şahidi olacağıq. Ruslar deyəcək ki, görüş konstruktiv, məhsuldar oldu, bizimki deyəcək ki, mən bir şey gözləmirəm, erməni də rusun dediyini öznəməxsus şəkildə təkrarlayacaq. Amma mən bizim xarici işlər nazirmizə bir vətəndaş olaraq tapşırıq-xahiş etmək istəyirəm. Hörmətli Elmar müəllim, Siz sabah Moskvada görüş zamanı Lavrovdan sorusun ki, onun sevgilisi kimi özünü təqdim edən bu xanım Mariya Zaxarova gözəlçə, son vaxtlar az qala açıq şəkildə ermənilərə necə valeh olması, onlara necə isti münasibət bəsləməsinin şəxsi məsələ olmasını, ya Rusiya dövlətinin mövqeyi olması barəsə soruşsun. Axı bu xanım yarıerməni, yar rus Lavrovun ictimaiyyətlə əlaqə üzrə köməkçisi kimi çıxış edir, ya şefinin sevimli xanımı kimi belə sağa-sola fikirlər səsləndirir. Axı bundan əvvəl də Lavrovun Aleksandr Lukaşeviç adlı köməkçisi olub, daha kimlər Rusiya Xarici İşlər Nazirliyini təmsil ediblər və onlar çalışıblar ki, cızığlarından kənara çıxmasınlar. Bu xanım isə, az qala Lavrovla şəxsi münasibətlərini, ermənilərin buna bəxş etdiyi hansısa şəxsi hisslərini bütün dünyaya bəyan etsin. Ən azından mən bilmirəm bu xanımın rəsmi və ya vətəndaş nigahında olan kimsəsi varsa, bunu başa salsınalar ki, "kəndinə gəl, Marina". Bu xanım hər halda unutmamalıdır ki, o Rusiya XİN-in rəsmi nümayəndəsidir. Onun Lavrova birbaşa rəisi və sevimlisi kimi simpatiyası, sevgisi və ülvi hissləri ola bilər və yəqin ki var, amma bu ona əsas vermir ki, bu rus qadın az qala bütün dünyaya bəyan etsin ki, onu "rahatlıyan" ermənilərdən və ya erməni millətindən kimlərsə, kimsə var... Bax bunu bizim xarici işlər naziri Elmar Məmmədyarov sabah ya üçlükdə, ya da ikilikdə Lavrov yoldaşa çatdırsa, görüşü baş tutmuş hesab edərəm...”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.