Məşhur milyarder Telman İsmayılov 8 sifarişli qətldə şübhəli bilinir –Cinayətkar qrup üzvlərindən biri onun əleyhinə ifadə verib

28-04-2017, 08:51           

Sifarişli səkkiz qətlin həyata keçirilməsində şübhəli bilinən cinayətkar qrupun fəaliyyəti haqda araşdırmada Çerkizov bazarının (Moskva) keçmiş sahibi Telman İsmayılovun adı keçir.

Strateq.az Rosbalt.ru-ya istinadən xəbər verir ki, qrupun həbs edilmiş üzvlərindən biri onun barəsində ifadə verib.

Rusiyanın hüquq-mühafizə qurumlarındakı qaynaq bildirib ki, qruplaşmanın iştirakçısı Harri Beloçerkovski istintaqla sövdələşib. O, məhkəməyə qədərki razılaşma çərçivəsində ifadə verib ki, 2000-2016-cı illərdə həyata keçirilmiş və guya, İsmayılov qardaşlarının dəxli olduğu sifarişli səkkiz qətl haqda məlumatlıdır. Cinayətlərin hamısı Moskvanın Şimali administrativ dairəsindəki bir sıra ticarət obyektləri uğrunda kriminal müharibə ilə bağlıdır. Beloçerkovskinin ifadəsinə əsasən, o, “Praqa” restoranında Rafiq və Telman İsmayılov qardaşlarının “avtoritet” Andrey Lobanovun aradan götürülməsinin gərəkdiyini müzakirə etdikləri söhbətin şahidi olub. Sonuncu tezliklə güllələnib.

Məlumata görə, Rafiq İsmayılova ittiham elan olunub və həbsdədir. Telman İsmaylovun məsələsi isə hazırda həll olunmaq üzrədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru