Mariya Zaxarovanın tərbiyəsiz jestinə Azərbaycan XİN-nin sözçüsünün tərbiyəli cavabı
28-04-2017, 13:21
Azərbaycanın Xarici işlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın ötən gün keçirdiyi brifinqdə azərbaycanlı jurnalistləri təhqir etməsinə münasibət bildirib.
XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bildirib ki, Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlaşıqla qəbul etmək lazımdır:
"Nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi Azərbaycan xalqının daim diqqət mərkəzində olan məsələdir. Kütləvi informasiya vasitələri də ictimai rəyin güzgüsüdür".