Erməni diplomatiyası torpaqların qaytarılmasını müzakirə etmək istəyindən uzaqdır

1-05-2017, 13:35           
Erməni diplomatiyası torpaqların qaytarılmasını müzakirə etmək istəyindən uzaqdır
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda nəzərə çarpan irəliləyiş görünmür.

Bunu SalamNews-a politoloq Tofiq Abbasov Azərbaycan, Ermənistan, Rusiya XİN rəhbərlərinin Moskva görüşündən sonra gözləntiləri şərh edərkən deyib.

T.Abbasov bildirib ki, vasitəçilərin prosesin tamamilə dayanmaması uğrunda çalışması göz önündədir: “Danışıqların dayanmasının səbəbi rəsmi İrəvanın siyasi prosesdən qaçmasıdır. Erməni diplomatiyası torpaqların qaytarılması məsələsini müzakirə etmək istəyindən uzaqdır və buna görə də siyasi məsləhətləşmələri iflic etmək istəyir”.

Politoloq əlavə edib: “Moskva ciddi şəkildə işin gedişatında əngəllər yaranmaması üçün israrla çalışır. Çünki, moderatorluq yükünün əsas hissəsi məhz Kremlin üzərindədir. Odur ki, ən yaxın zamanda Rusiya müttəfiqi Ermənistanı cilovlaya bilib-bilməməsi bəlli olacaq. Rəsmi Bakının mövqeyi, baxışları tam aydındır, İrəvanın isə yox. Rusiya diplomatiyası prosesin qırılmasını istəmirsə, gərək problem yaradan tərəfi ram edib sağlam və şəffaf platformaya dəvət etsin”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru