Azərbaycanda iqtisadi aktivlik sürətlənəcək, inflyasiya zəifləyəcək - BMT

1-05-2017, 22:44           
Azərbaycanda iqtisadi aktivlik sürətlənəcək, inflyasiya zəifləyəcək - BMT
BMT-nin İqtisadi-sosial komissiyası ortamüddətli dövrdə Azərbaycanda iqtisadi artımın müsbət dinamika nümayiş etdirəcəyini proqnozlaşdırır.

"APA-Economics" komissiyanın hesabatına istinadən xəbər verir ki, BMT 2017-ci ildə Azərbaycanda ümumi daxili məhsul istehsalının 0,2%, 2018-ci ildə isə 1,2% artacağını güman edir.

Komissiyanın ekspertləri hesab edir ki, iqtisadi artım inflyasiyanın azalması ilə müşahidə olunacaq: "Lakin 2017 və 2018-ci illər üçün müvafiq olaraq proqnozlaşdırılan 7,9% və 5,8% göstəriciləri sonuncu dəfə proqnozlaşdırılan rəqəmdən daha yüksəkdir".

Ekspertlərin proqnozuna əsasən, dünya bazarlarında neftin bahalaşması ölkənin iqtisadi vəziyyətin yaxşılaşmasına səbəb olacaq. Buna baxmayaraq, BMT-nin ekspertləri hesab edirlər ki, ölkədə fiskal gərginlik qeyri-neft sektorundakı iqtisadi aktivliyi azalda bilər. "Ümumilikdə, bazarın zəif inkişafı və makroiqtisadi siyasətin əlverişliliyinin məhdud olması iqtisadiyyatın şoklara davamlılığını azaltmaqda davam edir", - deyə hesabatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru