Azərbaycan dünya ölkələrinin hərbi gücünü göstərən reytinq cədvəlində neçəncidir?- Siyahı

2-05-2017, 14:38           
Azərbaycan dünya ölkələrinin hərbi gücünü göstərən reytinq cədvəlində neçəncidir?- Siyahı
"GlobalFirePower.com" saytı dünya ölkələrinin hərbi gücünü göstərən reytinq siyahısını tərtib edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, "GlobalFirePower.com" saytı dünya ölkələrinin hərbi gücünü göstərən reytinq siyahısını tərtib edib.

Siyahıda ilk üçlükdə ardıcıl olaraq Amerika Birləşmiş Ştatları, Rusiya və Çin yer alır.

Türkiyə bu siyahıda ilk onluğa daxil olmağı bacarıb. Belə ki, qardaş ölkə siyahıda 8-inci yerdədir. Türkiyənin hərbi iqtidarı Yaponiyadan bir pillə geri qalsa da, Almaniyadan bir pillə üstündür.

Azərbaycan siyahıda 59-cu yerdədir. Ermənistan isə 95 yerdə qərarlaşıb.

Siyahıda sonuncu pilləni Cənubi Afrika Respublikası tutur.

Siyahının hazırlanmasında ölkələrin silahı ehtiyatları nəzərə alınmayıb. Əsas göstəricilərdən biri isə əhali sayı ünsürüdür. Adətən, əhalisi daha çox olan ölkələrin hərbi gücü yüksək reytinq qazanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru