"Sputnik" agentliyi ABŞ Konqresində akkreditasiyadan məhrum edilib

6-05-2017, 07:22           
"Sputnik" agentliyi ABŞ Konqresində akkreditasiyadan məhrum edilib
Rusiyanın "Sputnik" agentliyinə ABŞ-ın Nümayəndələr Palatası və Senatında gedən dinləmələrdə iştirak etmək üçün daimi buraxılış vərəqəsi verilməyib.
"Report" xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Məlumata görə, "Sputnik"in Vaşinqtondakı müxbiri Endryu Faynberq akkreditasiyadan keçirilməyib.
Konqresin rəsmi nümayəndəsi Castin Uilson bunu onunla əsaslandırıb ki, Konqresdə təmsil olunan mətbuat nümayəndələri sırasında dövlət tərəfindən maliyyələşdirilən KİV işçisi ola bilməz.
Qeyd olunur ki, "Sputnik" bu qərardan şikayət edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru