Tramp Azərbaycan hakimiyyətini çaş-baş salıb

6-05-2017, 09:51           
Tramp Azərbaycan hakimiyyətini çaş-baş salıb
“Hələlik ABŞ-ın yeni administrasiyasının Azərbaycanla münasibətləri ilə bağlı dəqiq proznoz verə bilmirəm”.

Bu barədə Amerikanın Səsinin “ABŞ-ın yeni administrasiyası ilə Azərbaycanın əlaqələri” haqqında sualının cavabında Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini və Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Onun fikrincə, bu gün Ağ Ev və Dövlət Departamenti bir tərəfdən dünyada gedən mühüm proseslərlə çox məşğuldurlar, digər tərəfdən ABŞ-ın özündə bu gün çox ciddi problemlər var.

“Onlar beynəlxalq və daxili problemləri tənzimləməklə məşğuldurlar”, o qeyd edib.

Məmmədov düşünür ki, bir qədər sonra Azərbaycanla bağlı məsələlərə də vaxt gəlib çatacaq.

“Azərbaycanla bağlı keçmiş təcrübəni nəzərə alaraq ABŞ-Azərbaycan arasındakı bu günki münasibətlər daha konstruktiv, daha anlaşılıqlı, daha qarşılıqlı faydalı maraqları nəzrədə tutaraq inkişaf etməlidir. Buna dünyanın da, Azərbaycanın da, ABŞ-ın da ehtiyacı var”, Məmməbov deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru