Leyla Əliyeva dünyada aclıq çəkənlər barədə danışıb

7-05-2017, 09:10           
Leyla Əliyeva dünyada aclıq çəkənlər barədə danışıb
Bakıda keçirilmiş Mədəniyyətlərarası dialoq üzrə IV Beynəlxalq forumda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı elçisi Leyla Əliyeva çıxış edib. Bu barədə virtualaz.org-un xüsusi müxbiri xəbər verir.

“Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: stabil inkişafın və sülhün təminatının əsas elementləri” panelindəki çıxışında Leyla Əliyeva bildirib ki, ərzaq təhlükəsizliyinin təminatı, ətraf mühitin qorunması və sülhün təminatı mədəniyyətlərarası dialoq olmadan qeyri-mümkündür.

“Hələ də dünyada 870 milyon insan aclıq çəkir, yaxud lazım olan qədər yeyə bilmir, - Leyla Əliyeva deyib. - Yoxsulluq və aclıqla mübarizə birgə səylər tələb edir”. FAO-nun xoşməramlı səfiri hesab edir ki, ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir.

“Bu forum əlaqələrin qurulması və gələcəkdə birgə iş üçün rahat meydançadır”, - Leyla Əliyeva qeyd edib. O həmçinin bildirib ki, oktyabr ayında Bakıda FAO-nun ərzaq təhlükəsizliyi və dayanıqlı inkişaf məsələləri üzrə konfransı keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru