“Onların içində bircə İsgəndər Həmidov…” – Ayaz Mütəllibov

9-05-2017, 09:27           

“Adam kişi kimi həqiqəti, öz səhvlərini də etiraf edər. Bunlar elə danışırlar ki, guya ki, Azərbaycanın başına gələn bəlalarda cəbhəçi liderlərin heç bir günahı yox idi. Guya ki bunlar mələk idilər və kənarda oturub baş verənlərdən həzz alırdılar. Yox, işləyirdilər! Yalnız öz xeyirləri üçün. Mən prezident olan zaman eşidirdim ki, cəbhəçilər bu şüarla yaşayırlar:” Nə qədər Mütəllibova pis olsa, o qədər bizə yaxşı olar…”
teref.az xəbər verir ki, bu sözləri Moderator.az saytına müsahibəsinə Azərbaycanın eks-prezidenti, 1992-ci ilin martında xalq tərəfindən istefaya göndərilmiş Ayaz Mütəllibov söyləyib.
“Keçmiş bolşeviklər də çar hökuməti ilə mübarizə aparanda bu cür şüardan istifadə edirmişlər. Mən isə AXC liderlərinə deyirdim ki, a kişilər, çoxunuz 30-35 yaşlı cavan oğlanlarsınız, hara tələsirsiz. Gəlin bu çətin vəziyyətdə bizə kömək edin, birləşək, əl-ələ tutaq, xalqı ölkəni bu bəlalardan qurtaraq, Qarabağı azad edək. Sonra yenə mən gedərəm, siz qalarsız hakimiyyətdə. Onların arasında, bildiyimə görə, yalnız İsgəndər Həmidov müsahibələrindən birində etiraf edib ki, biz Mütəlllibova əl vurmamalıydıq. Sabir Rüstəmxanlı isə açıqca deyib ki, nə Moskva, nə ora-bura, bizə tapşırıq verildi, biz də Mütəllibovu hakimiyyətdən kənarlaşdırdıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.