"Bu gün Azərbaycan Rusiya üçün kasıb, daş və ərikdən savayı bir şeyi olmayan Ermənistandan daha önəmli ölkədi".

6-07-2015, 15:21           
"Bu gün Azərbaycan Rusiya üçün kasıb, daş və ərikdən savayı bir şeyi olmayan Ermənistandan daha önəmli ölkədi".
"Bu gün Azərbaycan Rusiya üçün kasıb, daş və ərikdən savayı bir şeyi olmayan Ermənistandan daha önəmli ölkədi".

Moderator .az xəbər verir ki, bu fikri Rusiyanın tanınmış jurnalisti və teleaparıcısı Vladimir Pozner Ermənistanın Lragir.am saytına verdiyi müsahibəsində deyib.

“Əəgr bu gün soyuq başla götürsək o zaman açıq demək lazımdır ki, Rusiya Azərbaycanla Ermənistan arasında hansı ölkəyə üstünlük verməlidir. Təbii ki, onda Azərbaycana üçstünlük vriləcək.Bax bu vacib və düzgün seçim olar. Ola bilsin ki, bu xoşagəlməz faktdı. Ancaq soyuq başla, sakit düşünsək o zaman bunun düzgün qərar olduğunu anlayarıq”, - deyə rusiaylı məhşur telejurnalist deyib.

V. Pozner onu da əlavə edib ki, bu mövqeyinə görə Rusiyanı ittiahm etmək də yanlıqşlıq olardı:

“Şəxsən belə bir qərar olarsa mən Rusiyanı ittiham etmərəm. Kifayət qədər ittihamlar olar, ancaq mənim baxşıma görə, bu ittihamlar o hadisə bağlı olmazdı.”

Ruisiyanın Azərbaycana üstünlük verməsinin səbəblərini açıqlayaraq deyib ki, bu Azərbaycan Cənub Qafqazın inkişaf etməkdə olan yeganə ölkəsi, enerji ehtiyatları ilə varlı olan ölkəsidir.

“Bundan əlavə olaraq NATO üçün xüsusi əhəmiyyət kəsb edən Türkiyə ilə çox sıx münasibətlərə malik ölkədir. Ümumiyyətlə Azərbaycan Cənubda vacib əhəmiyyət kəsb edən ölkədir”, - o vurğulayıb.

Ermənistandakı son hadisələrə toxunan V. Pozer bu hadisələrdə Serj Sərkisyanı ittiham edib və onu Amerikanın gizli agenti adlandırıb:

“O xalqı məhz antirusiya əhval-ruhiyyəsinin təşkil edilməsi məqsədi ilə ayağa qaldırıb. Onu da deyim ki, ruslar dözümlü də kifayət qədər dözməyi bacarırlarş ancaq ayağa qalxdılar ki, onları saxlamaq da asan deyil və demək olar ki, bu mümkün deyil. Bu da rusların ermənilərdən fərqləndirən səhətidir. Ruslar dözəcək, amma sonra nə baş verəcəksə bu artıq önəm daşımır. Sadəcə bu fərqli xarkaterlərdir”, - deyə V. Pozner qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.