Nurçular Bakıda ad dəyişdirir - BAŞLANDI

7-07-2015, 11:48           
Nurçular Bakıda ad dəyişdirir - BAŞLANDI
Azərbaycana zaman-zaman yerləşən Fətullah Gülən tərəfdarları həmin müddət ərzində iri iş adamları kimi tanınmaqla yanaşı, həm də siyasətdə olan adamlarına ciddi dəstək verərək, onların parlamasına yardımçı olublar. Bununla bağlı indiyə qədər həyata keçirilmiş siyasətin üstü isə ötən il açıldı və rəsmi Bakı bir sıra radikal addımlar atdı. Amma görünən odur ki, bu addımlar da yetərli səviyyədə deyil və ya onun təsirləri istənilən həddə olmayıb.

JAM.AZ xəbər verir ki, Türkiyədə nurçuların üzərinə hücuma keçən dövlət başçısı Rəcəb Tayyib Ərdoğan onları sıxışdırmağa nail oldu. Amma paralel olaraq nurçuların Azərbaycanda daha yaxşı təşkilatlandığını görərək, Bakıdakı həmkarına da bir siyahı təqdim etdiyi vurğulanır. Həmin məsələdən dərhal sonra hərəkətə keçən rəsmi qurumlar qısa müddətdə bir sıra addımlar atdılar. Məsələn, «Araz» kurslarının bağlanılması, bəzi şirkətlərin əl dəyişdirməsi və ya Elnur Aslanov kimi «nurçubaşı»ların işdən çıxarılması bunun əyani sübutları sırasındadır.

Amma bütün bu addımlar Fətullah Gülənə bağlı qruplaşmanın Azərbaycanı tam tərk etməsi üçün yetərli olmadı. Əksinə, nurçular Azərbaycandakı işlərini gücləndirərək, buradan Türkiyəyə transfer etməyə çalışırlar. JAM.AZ-ın araşdırmalarına görə, Bakıda şirkətin türk rəhbəri öncə işin başına yerli adamlardan birini keçirərək, bununla «gizlənməyə» nail olmağı düşündü. Ancaq bunun işə yaramadığını gördükdən sonra yeni vasitəyə əl atmağa başldı. Məqsəd isə nurçuları Azərbaycan şirkəti adı altında Türkiyəyə trasfer etmək idi.

Son məlumatlara görə, nurçuların Bakıdakı əsas maliyyə qaynaqlarından biri olan «Şahzadə Group» adını dəyişərək, «Konak» qoyub. Fətullah Gülənin Azərbaycandakı imamlarından biri olan, «Muza» ləqəbli Muharrem Menekşenin rəhbəri olduğu bu restoranlar şəbəkəsi 4 şöbədən ibarətdir. Bundan başqa, «Muza»nın adı «qara pullar»ın yuyulmasında hallanır. Və bunun hansı şəkildə həyata keçirildiyi hələlik tərəfimizdən dəqiqləşdirilir.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.