Azərbaycanı tərk edən jurnalistin atası təqib edilir

9-05-2017, 16:44           
Azərbaycanı tərk edən jurnalistin atası təqib edilir
Vaxti ilə saytımızda tənqidi yazıları gedən və saytımızın müxbiri olan Mehman Məmmdovun özü Azərbaycanı tərk etsədə, polis və bəzi adamlar onun ailəsindən əl çəkmirlər.Belə ki, onun yazdığı tənqidi yazılar bir çox yüksək rütbəli məmurların həyata keçirtdikləri korrupsiya əməllərini gün işığına çıxardırdı.Onlar Mehmanın özünü ailə üzvləri, körpə uşaqlarını hədələyir, qorxudurdular. Mehman Məmmədov özünün şərlənərək həbs ediləcəyindən və ailəsinin Azərbaycanda yaşamasının mümkünsüz olduğunu görərək, ailəsini yığışdırıb qaçmalı oldu. Lakin onlar getsələrdə Bakıda Mehman axtarışdadır və onun axtarışda olduğunu bəhanə edərək Bakıda qalan atasıgil təqib və təhqirlərə məruz qalır. Heç kim atasının Mehmanın yerini bilmədıyınə inanmır. Ondan Mehmanı təhvil vereməyi tələb edirlər. Ağsaqqal adam artıq qorxusundan evində belə yaşaya bilmədiyindən başqa yerlərdə gecələməli olur. Bu gün qanunları ayaqları altına atan bir yüksəkrütbəli məmur - oluqarx ordusu var ki, onlar Mehmanın atasını hədəfə götürüblər.
Lakin biz inanırıq ki. Nə zamansa onlar öz hərəkətlərinə görə cavab verəcəklər.
Könül.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru