Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsib

5-06-2017, 08:20           
Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsib
Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Qətərlə diplomatik münasibətləri kəsib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu adıçəkilən ölkələrin XİN-ləri bəyan edib.

Misir, Bəhreyn, BƏƏ və Səudiyyə Ərəbistanı qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsir göstərməsi, terrorizmə dəstək verməsi və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar.

Eyni zamanda, Səudiyyə Ərəbistanının rəhbərliyi altında ərəb koalisiyası Yəməndə keçirilən əməliyyatda Qətərin iştirakını dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru