Obama Ramazan bayramı münasibəti ilə Azərbaycan prezidentini təbrik edib

11-07-2015, 20:52           
Obama Ramazan bayramı münasibəti ilə Azərbaycan prezidentini təbrik edib
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Ramazan bayramı münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, Obamanın məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Ramazan bayramını qeyd etdiyiniz bir vaxtda Mişel ilə mənim Sizə və xalqınıza yetirdiyimiz ən xoş arzulara Amerika xalqı da qoşulur. Ramazan ayı ərzində bütün dünya müsəlmanları, o cümlədən güclü və fəal Amerika müsəlman icması mənəvi yenilənmə və ibadətlə Allaha daha yaxın olmağa can atıblar. Ramazan ayında əziz insanlarla bir yerdə olmaq, ehtiyacı olanlara yardım əli uzatmaq, habelə imanla gələn kamillik və əmin-amanlıq barədə düşünmək imkanı olub. Bu, həmçinin oruc və duaların bölüşdüyümüz dəyərləri və insanlığımızı bizə xatırlatdığı bir ay olub. Qoy, qarşıdan gələn il Sizə sevinc, inkişaf və firavanlıq gətirsin. Ramazan bayramınız mübarək!”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru