Putin bizi satdı - Rus terrorçu

21-07-2017, 11:57           

Putin Novorusiyanı təkbaşına buraxıb, bütün Ukraynanı satdı.

Axar.az xəbər verir ki, bunu rusiyalı blogger Aleksey Navalnı ilə debatı zamanı qondarma Donetsk Xalq Respublikasının keçmiş Müdafiə naziri, terrorçu İqor Qirkin söyləyib.

“Ukraynadakı qiyamçılar rus dünyası üçün mübarizə aparırlar, amma siz Navalnı bütün ərazilərimizi Ukraynaya qaytarmaq istəyirsiniz. Sizin də Putindən fərqiniz yoxdur” – deyə o bildirib.

Qeyd edək ki, Qirkin Kiyev tərəfindən beynəlxalq cinayətkar hesab edilir. O, Ukrayna və Qərbin “qara siyahı”larında yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru