Rusiya KXDR-i raket və nüvə proqramlarını dondurmağa çağırıb

6-08-2017, 10:42           
Rusiya KXDR-i raket və nüvə proqramlarını dondurmağa çağırıb
Rusiya KXDR-i raket və nüvə proqramlarını dondurmağa və nüvə silahının yayılmaması rejiminə sadiq qalmağa çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenza bildirib.

“Şimali Koreya ərazisindən xəbərdarlıqsız buraxılan ballistik raketlər bölgədəki dəniz və aviasiya daşımalarına, habelə sadə vətəndaşların həyatına ciddi təhlükə yaradır. Şimali Koreya hökumətini qadağan olunmuş proqramları dondurmağa, nüvə silahının yayılmaması rejiminə, kimyəvi silahın qadağan olunması konvensiyasına qoşulmağa, habelə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarətinə keçməyə çağırırıq”, deyə Nebenza BMT TŞ-nın iclasında bildirib.

Bundan əvvəl BMT TŞ KXDR-ə qarşı sanksiyaları sərtləşdirən qətnamə qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru