ABŞ azərbaycanlılara viza qaydalarını sadələşdirdi

6-08-2017, 19:41           

ABŞ-ın Azərbaycandakı səfirliyi konsulluqda müştəri xidmətlərinin təkmilləşdirilməsi, viza prosesinin sürətlənməsi və ABŞ vizalarını yeniləmək məqsədilə təcrübəli ərizəçilər üçün Müsahibəsiz Güzəştli Viza Proqramını elan edib.

Səfirliyin məlumatına görə, artıq bütün tələblərə cavab verən, öz vizalarını təzələmək istəyən və vizalarının müddətinin başa çatmasına 12-48 ay qalmış Azərbaycan vətəndaşlarının konsulla görüşmələri tələb olunmayacaq.

Təcrübəsi olan ərizəçilər yalnız viza üçün ərizə formasını doldurmalı, DS-160 tamamlanmış ərizə formasının sürətini çıxartmalı, viza rüsümunu ödəyib, vacib olan sənədlərin hamısını Visa Document Courier Services (Viza Sənədlərin Kuryer Xidmətinə) təqdim etməlidirlər. ( səyahətçi)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru