“Bir gün gözümüzü açıb görəcəyik ki, işğal altındakı Şuşa, Laçın və Kəlbəcərdə boş yer qalmayıb” - POLİTOLOQ

6-09-2017, 08:16           

“Həmsədr dövlətlərin vecinə də deyil”

“Ermənistanın baş naziri məzuniyyətini işğal altındakı torpaqlarımızda keçirir, gedir Kəlbəcərə və orada mineral su istehsal edən zavodun açılışında iştirak edir, bir neçə gün keçir bu dəfə Ermənistan prezidenti Qarabağa gəlir və yol açılışında iştirak edir, üstəgəl Şuşa və Laçında nəsə tikirlər, kimlərisə buralara köçürürlər, Xankəndidəki hava limanını tədricən işə salırlar, helkopterlər ora-bura uçur”.

Hurriyyet.org xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “feysbuk” səhifəsində yazıb.

“Azərbaycan XİN ara-sıra açıqlama verir, o da işğalçıya vız gəlir”

“Həmsədr dövlətlərin vecinə də deyil, İrəvana demirlər ki, buralarda niyə tikirsən, köçürmə həyata keçirirsən, axı həll planına görə boşaldacaqsan. Azərbaycan XİN ara-sıra açıqlama verir, o da işğalçıya vız gəlir. Bəs, nə etməli? Erməni separatçılarının davamlı təxribatlarının qarşısının almağın hansı yolları var? Bu suallar üzərində düşünməsək, çıxış yolu tapmasaq, bir gün gözümüzü açıb görəcəyik ki, işğal altındakı Şuşa, Laçın və Kəlbəcərdə boş yer qalmayıb”, - deyə politoloq vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru