Azərbaycan torpağında qlobal güclər toqquşacaq: Aylar sonra başlanacaq TAMMİQYASLI MÜHARİBƏ

6-09-2017, 08:46           

"Dağlıq Qarabağda tammiqyaslı müharibə başlanacaq".
teref.az publika.az-a istinadən xəbər verir ki, bu proqnozla “McGill International Review” elmi nəşrin əməkdaşları Dağlıq Qarabağ münaqişəsinin inkişafını şərh edərkən çıxış edib.
Ekspertlər əmindirlər ki, Qarabağ regionunda tammiqyaslı müharibənin başlanmasına az vaxt qalıb.
Proqnoza görə, müharibə bu ilin sonunda alovlana bilər.
“Mümkündür ki, 2017-ci ilin sonunda Qarabağ ətrafında hərbi hərəkətlər aktivləşəcək və geniş müharibə başlanacaq. Hazırda regionda davam edən atışmalar proseslərin bu cür inkişafını proqnozlaşdırmağa imkan verir”, - deyə ekspertlər vurğulayıb.
Nəşr həmçinin, qeyd edir ki, dünya oyunçuları da bu müharibəyə qoşula bilər: “Bu isə toqquşmaları daha gözlənilməz və təhlükəli edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru