Bəhreyn Qətərın Əməkdaşlıq Şurasında üzvlüyünün dondurulmasını təklif edib

30-10-2017, 09:10           
Bəhreyn Qətərın Əməkdaşlıq Şurasında üzvlüyünün dondurulmasını təklif edib
Qətərın Fars körfəzi ölkələrinin Əməkdaşlıq Şurasında üzvlüyü dondurulmalıdır.

APA-nın xəbərinə görə, bu barədə Bəhreynin xarici işlər naziri Şeyx Xalid bin Əhməd bin Əl-Xəlifə özünün “Tvitter” səhifəsində yazıb.

“Fars körfəzi ölkələrinin Əməkdaşlıq Şurasını qoruyub saxlamaq üçün Qətərin üzvlüyü dondurulmalıdır”, XİN rəhbəri qeyd edib. Nazir həmçinin bildirib ki, Qətər mövqeyini dəyişməsə Bəhreyn Şuranın növbəti sammitində iştirakdan imtina edəcək.

Qeyd edək ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Dohanı terror təşkilatları maliyyələşdirməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan onlara 8 ölkə qoşulub. Qətər bütün ittihamları rədd edib.

Xatırladaq ki, Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasına Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirliyi və Oman daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru