Şahmar İbadov hərəkətə keçdi

31-10-2017, 14:03           
Şahmar İbadov hərəkətə keçdi
Yasamal rayonu artıq bir aydan çoxdur ki, başçısız qalıb. Bunun səbəbi isə qruplaşmaların bu post uğrunda savaşa başlamalarıdır. 10may.az saytına daxil olan məlumata görə hazırda bu post uğrunda Yasamal rayon icra hakimiyyətinin keçmiş başçısı Arif Ağayevlə Nərimanov rayon icra hakimiyyətinin başçısı Abidin Fərzəliyev üz-üzə gəliblər. Məlumatda bildirilir ki, Arif Ağayev oğlunu bu posta gətirtmək istəyir və bu işdə ona yüksək nüfuz sahibi olan bir qohumu dəstək olur. Abidin Fərzəliyev isə bu posta özünün birinci müavini Şahmar İbadovu gətirmək üçün bütün imkanlarından istifadə edir. Elə bu səbəbdən Şahmar İbadov mətbuatla sıx əlaqə quraraq haqqında tənqidi materialların getməsinin qarşısını aldırır. Mənbə hesab edir ki, yaxın günlərdə rayonun taleyi həll olunacaq.

10may.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru