Siyasətdə ŞOK - “Meral Akşənər” Azərbaycanda partiya yaradır

1-11-2017, 11:32           

Türkiyədə Meral Akşənərin yeni partiya qurmasından sonra, istər-istəməz ağıllara belə bir sual gəldi: “Görəsən, ölkəmizdə hansısa qadın siyasətçi Meral Akşənərin bu addımından cəsarətlənib yeni partiya yarada bilərmi?” Bir çox qadın siyasətçidən, aktiv ictimai fəalliyyətlə məşğul olan tanınmış xanımlardan bu barədə soruşulsa da, heç kim yeni partiya qurmaq istəyinin olduğunu bildirməmişdi. Ancaq bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı Yasəmən Qaraqoyunlu sosial media hesabından yeni partiya quracağı barədə açıqlama verdi.

A24.az bu qərarı ilə bağlı Yasəmən Qaraqoyunlunun fikirlərini öyrənib.

Y.Qaraqoyunlu əvvəlcə, “Bu qərara gəlməyinizdə İYİ partinin lideri Meral Akşənərin rolu oldu?” sualımızı cavablandırıb:

“Meral Akşenerin partiya qurmasına ürəkdən sevindim. Həm Türk Millətinin törəsi çoxlu siyasətçi qadınlar yetişdirmişdir, həm də Türkiyədəki demokratiya gələnəkləri Meral Akşener kimi çoxlu qadın liderlər yetişdirəcəkdir. Bu ənənənin Azərbaycanda da olmasını ürəkdən istərdik. Mən Tansu Çillərdən də, Meral Akşənərdən də, Benəzir Bhuttodan da çox təsirlənmişəm”.
Siyasətdə ŞOK - “Meral Akşənər” Azərbaycanda partiya yaradır
Siyasi fəal partiyanın nə zaman yaranacağına da aydınlıq gətirib:

“Bu xəyallarımı indi yox, 2-3 ildən sonra gerçəkləşdirməyi düşünürəm. Azərbaycanın gələcəyi ilə bağlı öz siyasi düşüncələrim, platformam var. Bax bunu həyata keçirmək üçün böyük siyasətə atılmaq qərarına gəlmişəm. Amma hələlik elmi fəaliyyətlə məşğul oluram. Qarşımda doktorluq müdafiəm və yazdığım 2-3 kitaıı çap etdirmək kimi vəzifələr durur. Onları həyata keçirdikdən sonra Tanrının və millətimin dəstəkləri ilə siyasətə qayıtmağı düşünürəm”.

Y.Qaraqoyunlu hələ ki, partiyaya bir ad seçmədiyini də deyib:

“Partiyama İYİ deyə bir ad qoymamışam. Heç bu barədə düşünməmişəm də. Amma dəqiq bilirəm ki, mənim partiyam millətçi dünyagörüşə və platformaya sahib olacaq. Son 25 ildə Azərbaycanda formalaşmış ənənəvi fikri- Avro-Atlantikaya inteqrasiya olunmaq siyasətini müdafiə etməyəcək. Bütün Avro-Atlantik məkan “erməni soyqırımını” tanımışsa, nədən bu inteqrasiyanı müdafiə edirik ki?! Düşünürəm ki, bu səhvdir. Biz milliyyətçi bir dünyagörüşə sahibik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.