Bakının düşməni biznesini satışa çıxardı

2-11-2017, 19:02           
Bakının düşməni biznesini satışa çıxardı
Rusiyalı biznesmen German Sterliqov özünün Moskvada yerləşən “Çörək və duz” mağazalar şəbəkəsini satışa çıxarıb.

Axar.az xəbər verir ki, bu barədə o özü Vkontakte səhifəsində məlumat yayıb.

“Mənə seçim təklif edildi. Bildirildi ki, ya biznesimi, ya da vicdanımı saxlamalıyam. Mən də vicdanımı seçdim”, – deyə o bildirib.

Sterliqovun iddiasına görə, Moskva prokurorluğu ona təzyiqlər edərək, homoseksuallara qarşı təhqirləri yığışdırmağı və mağazalarında onlara da xidmət etməsi gərəkdiyini bildirib. Biznesmen məhz buna görə mağazalarını satdığını söyləyib.

Xatırladaq ki, 2015-ci ilin iyul ayında rusiyalı iş adamı Sterliqov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib. Sonda Azərbaycan sözügedən sahibkarı "arzuolunmaz şəxs" elan edib, ardından isə dövlət sərhədlərini qanunsuz olaraq pozmaq və qondarma Dağlıq Qarabağa dəstək verməkdə müqəssir bilərək, barəsində cinayət işi qaldırılıb.

İyulun 28-də Sterliqov beynəlxalq axtarışa verilib.

Rusiyada isə Sterliqova qarşı böhtan atmaq üzrə cinayət işi qaldırılıb. Şikayət ərizəsi İsrail vətəndaşı Milana Qorenşteyn tərəfindən daxil olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.