Putin 5 rayonun əvəzinə Azərbaycanı istəyəcək

4-11-2017, 09:41           
Putin 5 rayonun əvəzinə Azərbaycanı istəyəcək
Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşü ərəfəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərti var. Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır. İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir.

Bu sözləri politoloq Elxan şahinoğlu feysbuk səhifəsindən paylaşıb. E.Şahinoğlu “etibarlı qaynaqdan” əldə etdiyini bildirdiyi bu informasiyadakı sözügedən 3 şərti “çox ağır şərtlər” adlandırıb:

“Birinci şərti müəyyən istisnalarla yerinə yetirmək mümkündür, o biri iki şərt Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Başqa məlumatlar da var. “Atlas” Araşdırmalar Mərkəzi geniş təhlil hazırlayır...”

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti R.T.Ərdoğanın Qarabağ probleminin həlli ilə bağlı Rusiya Prezidenti Putinlə görüşəcəyi ilə bağlı mediada informasiya yayılıb.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru