Səudiyyədə inqilabı dəyişiklik: 1932-ci ildən bəri...
6-11-2017, 09:53
Səudiyyə Ərəbistanında krallıq idarəetməsində baş verən proseslər 1932-ci ildə bəri həyata keçirilən ən böyük miqysalı dəyişlik sayıla bilər.
Axar.az xəbər verir ki, bu sözləri misirli siyasi ekspert Hüseyn Haridi RİA-ya açıqlamasında deyib.
“Bu gün tarixdə ilk dəfə Səudiyyə Ərəbistanı cəmiyyətlə əlaqələri tənzimləyən ali dəyərlər üzərində modernləşmə yoluna qədəm qoydu. Digər tərəfdən hakimiyyətin, gücün bir nəsildən tamamən fərqli mühitdə böyüyən bir nəsilə keçdiyi aydın görünür”, - Haridi qeyd edib.
Xatırladaq ki, kral Salman ibn Əbdüləziz əs-Səud qərarı ilə 4 noyabrda 10 şahzadə və 12 keçmiş nazir həbs edilib. daha sonra isə Kral ailəsi üzvlərindən həbs edilənlərin sayı 30-a çatıb. Salman ibn Əbdüləziz əs-Səudun sərəncamı ilə adı korrupsiya və rüşvətxorluqda hallanan məmurların araşdırılması, istintaqa cəlb olunması üçün xüsusi komissiya yaradılıb. Komissiyanın yaradılmasından bir neçə saat sonra həbslərin həyata keçdiyi bildirilir.
Əbdüləzizin 5 ay ərzində taxtı oğlu, vəliəhd şahzadə Məhəmməd ibn Salmana verməsi gözlənilir.